SOCAR – Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim mərkəzlərinə şagird qəbulu üzrə müsabiqə elan edir

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim mərkəzlərinə şagird qəbulu üzrə müsabiqə elan edir

1. Azərbaycan Respublikası vətəndaşı olmalı;
2.15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
3.Orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olmalı (Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
4. Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);

S. s.

Peşə ixtisasları

Yer sayı

Təlim mərkəzi

Təhsil müddəti

Qeyd

1 Texnoloji qurğuların təmiri üzrə çilingər (yalnız kişilər)* 6 QRTM 1 il Ümumi respublika üzrə
2 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (yalnız kişilər)* 24 QRTM 1 il Ümumi respublika üzrə
3 Qaz paylayıcı stansiyanın operatoru **** 6 KHTM** 6 ay Regionlar üzrə
4 Kompressor qurğularının maşinisti (yalnız kişilər)* 2 STTM*** 1 il Ümumi respublika üzrə
5 Təmirçi çilingər (yalnız kişilər) 14 QRTM 1 il Ümumi respublika üzrə
6 Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər**** 21 QRTM 6 ay Regionlar üzrə
7 Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 4 QRTM 1 il Ümumi respublika üzrə
CƏMİ 77

* Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə qadın əməyinin qadağan olunduğu peşələr
** Tədris Kadr Hazırlığın Təşkili Mərkəzində təşkil olunacaq
*** Tədris Sumqayıt Təlim, Tədris Mərkəzində təşkil olunacaq
**** Regionlar üzrə qəbul keçiriləcək (Ətraflı məlumat burada: cədvəl 2 və cədvəl 3):

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı “Qəbul qaydaları” bölməsindən, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldura bilərsiniz.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar tis@socar.az elektron poçt ünvanına yaza bilərlər.

Müraciət üçün son tarix: 21 iyun 2018-ci il saat 17:00-dək

 

Qəbul qaydaları

SOCAR, Təlim , Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə (KHTM), Sumqayıt Təlim, Tədris Mərkəzi (STTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) şagird qəbulu müsabiqə əsasında həyata keçirilir.

Təhsil müddəti: 6 (altı) ay və ya 1(bir) ildir.

Müsabiqədə iştirak etmək istəyən namizəd:

  • Azərbaycan Respublikası vətəndaşı olmalı;
  • 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olmalı (Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
  • Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);

Qeyd 1: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaq.

Qeyd 2: Qanunvericiliyə müvafiq olaraq qadın əməyinin tətbiqi qadağan olunduğu peşələr üzrə yalnız kişilər qəbul olunacaq.

Qeyd 3: Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş, amma üzrsüz səbəbdən imtina etmiş şəxslər müsabiqəyə buraxılmayacaq.

Qeyd 4: Orta ixtisas və ilk peşə-ixtisas təhsilli namizədlər attestat əvəzinə təhsili bitirməsi haqqında müvafiq sənəd təqdim etməlidirlər.

Qeyd 5: Tədris ilinin başlanmasına 10 iş günü qalmışa qədər müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər müvafiq təlim mərkəzində qeydiyyatdan keçmədikləri təqdirdə siyahıdan xaric olunacaq və onların yerinə növbəti yüksək nəticə göstərmiş namizəd(lər) şagirdlər siyahısına əlavə olunacaqdır.

II tura – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsi
  • Hərbi bilet (oğlanlar üçün)
  • Attestat/ Diplom
  • Sağlamlıq haqqında arayış (Forma 86)
  • Rentgen flüoroqrafiyası
  • Məcburi köçkün vəsiqəsi (məcburi köçkünlər üçün)

Şagirdlərin təhsil müddətində təminatları:

  • Aylıq təqaüd;
  • Xüsusi geyim (yay və qış geyimləri);
  • Gündəlik nahar;
  • Nəqliyyatla təmin olunma (QRTM).

    Qeyd: Namizədlər təhsil aldıqları müddətdə yataqxana ilə təmin olunmurlar.

Müraciət qaydaları:

Müraciətlər yalnız elektron formada “Müraciət et” bölməsindən qəbul olunur.

Müsabiqə üç mərhələdən ibarətdir: elektron sənəd qəbulu, müsahibə və test imtahanı.

 

 

 

Peşələrin siyahısı

Təlim Mərkəzinə sənəd qəbulu aşağıdakı peşələrə uyğun aparılacaqdır:

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (1 il)
Neft, qaz və kimya sənayesində istifadə olunan elektrik avadanlıqlarının quruluşu, elektrik təhlükəsizliyi , ümumi işıqlandırma sistemi, elektrik mühərrikləri (asixron, sinxron, sabit cərəyan) haqqında məlumat, iş prinsipləri, maqnit işə salıcılar, kontaktorlar haqqında məlumat, transformatorların iş prinsipi, işə salınması, mühərriklərin dolaqlarının absorbsiya üsulu ilə qurudulması, cərəyan şiddətinin, gərginliyinin, müqavimətin ölçülməsi üsulları, elektrik mühərriklərinin sökülüb yığılma qaydaları və müxtəlif üsullarla dövriyyəyə qoşulma sxemləri və.s öyrədilir
Qeyd: Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi üzrə yalnız kişi namizədlərin müraciəti qəbul olunur
Kompressor qurğularının maşinisti (1 il)
Neft-kimya sənayesində istifadə olunan müxtəlif kompressorlar haqqında məlumat, onların konstruktiv quruluşları, təsnifatı, iş prinsipləri, işləmə xüsusiyyətləri, təhlükəsiz istismar qaydaları, təmir texnologiyası, yeyilimiş və sıradan çıxmış hissələrin bərpası, dəyişdirilməsi və işə salınması və s. öyrədilir.
Qeyd: Kompressor qurğularının maşinisti peşəsi üzrə yalnız kişi namizədlərin müraciəti qəbul olunur
Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər (1 il)
Neft-kimya sənayesində istifadə olunan müxtəlif avadanlıq, maşın və aqreqatların idarə edilməsində və avtomatlaşdırılmasında tətbiq olunan nəzarət ölçü cihazları və müasir avtomatika vasitələri haqqında məlumat,onların təsnifatı, iş prinsipləri, təhlükəsiz istismar qaydaları, metroloji təminatı, təmir texnologiyası, quraşdırılması, sazlanması və s. öyrədilir.
Təmirçi çilingər (1 il)
Neft-kimya sənayesində istifadə olunan müxtəlif boru nümunələrinin keyfiyyətli təmirini yerinə yetirmək, siyirtmələrin, qoruyucu klapanların, ventillərin, həmçinin kolon tipli aparatların sökülüb–yığılması, müxtəlif reduktorların təmiri, yığılması və tənzimlənməsi, təmir olunmuş avadanlığın işə qoşulması üçün hazırlığının yoxlanılması, detalların bərpası, burğularla deşiklərin açılması, təmir olunan avadanlıqların sınaqdan keçirilməsi və.s. öyrədilir.
Qeyd: Təmirçi çilingər peşəsi üzrə yalnız kişi namizədlərin müraciəti qəbul olunur
Texnoloji qurğuların təmiri üzrə çilingər (1 il)
Neft-kimya zavodlarında istifadə olunan avadanlıqlardan, ölçü və nəzarət alətləri və onlardan istifadə qaydaları, yükqaldırıcı maşın və mexanizimlərin konstruksiyaları və iş prinsipi, çilingər işləri,detalların hazırlanma texnalogiyası,mexaniki alətlərin tətbiqi ilə çilingər işlərinin yerinə yetirilməsi,tərpənməyən və sökülməyən yığma işləri, yeyilmənin ölçülməsi və s. öyrədilir.
Qeyd: Texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi üzrə yalnız kişi namizədlərin müraciəti qəbul olunur
Qaz paylayıcı stansiyanın operatoru (6 ay)
Qaz paylayıcı stansiyalarda ölçü qovşaqlarında olan əsas avtomatika vasitələri tənzimləmək və işinə nəzarət etmək. Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara avtomatik avadanlıq sisteminə, nəzarət məntəqələrində boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi. Otaqların və QPS-in ərazisinin təmiz saxlanması. Odorantın və toztutucular üçün yağın uçotunun aparılması Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını və s. öyrədilir
Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (6 ay)
Bu ixtisas üzrə oxuyan tələbələrə qazanxanaların, yaşayış, kommunal-məişət müəssisələri qaz təchizatı qaydaları, qaz cihazlarının iş prinsipini, quraşdırılması işə salınması, qaz cihazların təmiri üsulları və növləri, müxtəlif boru nümunələrinin keyfiyyətli təmirini yerinə yetirilməsi ,siyirtmələrin, qoruyucu klapanların, ventillərin, həmçinin kolon tipli aparatların sökülüb–yığılması, yığılması və tənzimlənməsi, təmir olunmuş avadanlığın işə qoşulması üçün hazırlığının yoxlanılması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını və s. öyrədilir.

 

 

Advertisements

SOCAR – DƏNİZDƏ İNSAN HƏYATININ MÜHAFİZƏSİ ÜZRƏ TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

DƏNİZDƏ İNSAN HƏYATININ MÜHAFİZƏSİ ÜZRƏ TƏLİM MƏRKƏZİNƏ
SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə (DİHMÜTM) “I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc” peşəsi üzrə 20 vakant yerə şagird qəbulu üzrə müsabiqə elan edir. Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar (yalnız kişilər üçün):

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);
  • Minimum tam orta təhsilli olmalı (ali təhsillilərə, ingilis və rus dilini bilənlərə üstünlük veriləcəkdir);
  • Fiziki görünüşü atletik, normaastenik olmalı;
  • Boyu 1.70-1.85 sm olmalı;
  • Çəkisi 71-90 kq-a qədər olmalı;

Qeyd 1: Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş, amma üzrsüz səbəbdən imtina etmiş şəxslər müsabiqəyə buraxılmayacaq.

Qeyd 2: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması halı aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaq.

Qeyd 3: Tədris ilinin başlanmasına 10 iş günü qalmışa qədər müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər müvafiq təlim mərkəzində qeydiyyatdan keçmədikləri təqdirdə siyahıdan xaric olunacaq və onların yerinə növbəti yüksək nəticə göstərmiş namizəd(lər) şagirdlər siyahısına əlavə olunacaqdır.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı “Qəbul qaydaları” bölməsindən əldə edə, elektron müraciət formasını isə Müraciət et bölməsində doldura bilərsiniz.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar tis@socar.az elektron poçt ünvanına yaza bilərlər

Müraciət üçün son tarix: 13 iyun 2018-ci il saat 17:00-dək

Qəbul qaydaları

Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün yalnız elektron müraciət forması doldurulur.

Müsabiqədə iştirak etmək istəyən namizəd:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
  • 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);
  • Minimum tam orta təhsilli olmalı (ali təhsillilərə, ingilis və rus dilini bilənlərə üstünlük veriləcəkdir);
  • Fiziki görünüşü atletik, normaastenik olmalı;
  • Boyu 1.70-1.85 sm olmalı;
  • Çəkisi 71-90 kq-a qədər olmalı;

Müsabiqədə iştirak edən namizəd bacarmalıdır:

  • İstənilən üsulla suda ən azı 200 metr sərbəst üzmək;
  • Su səthində ən azı 2 dəqiqə özünü saxlamaq;
  • Su dibinə ən azı 4 metr baş vurmaq;
  • Su altında ən azı 10 metr sərbəst üzmək;
  • Turnikdə ən azı 7 dəfə dartınmaq;
  • Barokamerada barofunksiyaya davam gətirmək.

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi;
  • Hərbi bilet;
  • Diplom və ya attestat;
  • Ruhi-əsəb və narkoloji dispanserlərdən sağlamlıq haqqında arayış;
  • 6 ədəd 3×4 ölçülü rəngli şəkil (Qəbul olunanlar Təlim Mərkəzinə təqdim etməlidirlər);
  • Dalğıc Tibb Komissiyasından arayış (Qəbul olunanlar Təlim Mərkəzi tərəfindən müvafiq komissiyaya göndəriləcəklər).

Şagirdlərin təhsil müddətində təminatları:

  • aylıq təqaüd;
  • xüsusi geyim;
  • gündəlik nahar yeməyi ilə təmin olunma;

Müraciət qaydaları:

  • Müraciət yalnız elektron formada SOCAR-ın rəsmi veb-səhifəsinin (www.socar.az) Karyera bölməsinin Təlim Mərkəzinə Sənəd Qəbulu alt-bölməsində qəbul olunur.
  • Müsabiqə üç mərhələdən ibarətdir: elektron müraciət, müsahibə (qabiliyyət imtahanı daxil olmaqla) və test imtahanı.
  • Namizədlər təhsil aldıqları müddətdə yataqxana ilə təmin olunmurlar.
  • Müsabiqədə qalib olan iddiaçılar Müvafiq Tibbi Komissiyadan keçib sağlamlıq haqqında arayış aldıqları halda təlim mərkəzinə qəbul olunacaqlar.

Qeyd 1: Əvvəlki illərdə imtahan və müsahibədən uğurla keçmiş amma üzrsüz səbəbdən imtina etmiş namizədlər müraciət edə bilməzlər.

Qeyd 2: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması halı aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaqdır.

Qeyd 3: Tədris ilinin başlanmasına 10 iş günü qalmışa qədər müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər müvafiq təlim mərkəzində qeydiyyatdan keçmədikləri təqdirdə siyahıdan xaric olunacaq və onların yerinə növbəti yüksək nəticə göstərmiş namizəd(lər) şagirdlər siyahısına əlavə olunacaqdır.

Qeyd 4: SOCAR-ın təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatları ilə bağlı öhdəçiliyi yoxdur.

 

Yay TƏCRÜBƏ Proqramı

Ulduz Şokolad Fabriki  Kimya və Qida mühəndisliyi ixtisasını yeni bitirmiş məzunlara  təcrübə proqramı elan edir. Təcrübə proqramının sonunda uğurlu təcrübəçilər işlə təmin ediləcək

Namizədlər üçün tələblər:

– Müvafiq sahə üzrə ali təhsil
– İnkişafa meyilli olmalı
– Komandada işləmək bacarığı
– Analitik düşünmə bacarığı
– Dəqiqlik və dürüstlük
– Öyrənməyə meyilli
– Məsuliyyətli

Təcrübə müddəti 1 ay

Müraciət üçün 20.06.2018 tarixinədək cv@veyseloglu.az unvanına  “Kimya və Qida mühəndisi Təcrübəçi” başlığı ilə cv-lərinizi göndərə bilərsiniz.

KCA – Deutag | Offshore Construction Supervisor (Electrical) in RDS

Job Title:  Offshore Construction Supervisor (Electrical) in RDS

Location: Baku, Azerbaijan

A vacancy available only for Azerbaijan citizens has arisen for an Offshore Construction Supervisor (Electrical) position with an offshore rotation of 14 days within RDS as part of the offshore Business Unit. Reporting to the Construction Coordinator, the Offshore Construction Supervisor (Electrical) is responsible for supervision of a multi-discipline team of skilled personnel providing support services for planned and unplanned offshore operational/ maintenance activities ensuring the health and safety of all personnel within their control.

Primary responsibilities of the role are (but not limited to):

• Responsible for supervision of a multi-discipline team of skilled personnel providing support services for planned and unplanned offshore operational/maintenance activities ensuring the health and safety of all personnel within their control.
• Responsible for the supervision of a team of electricians offshore providing support services for planned and unplanned offshore operational/maintenance activities.
• Responsible to the client designated offshore representative for successful provision of support services to all offshore operations, monitoring performance compliance and reporting on progress.
• Ensure that health and safety at work and accident prevention are continuously brought to the attention of all employees under their authority particularly by means of job supervision, instruction and training.
• Direct personnel on the execution of the work plans safely and efficiently.
• Assist with ensuring that all planned and unplanned maintenance activities are managed effectively in accordance with agreed targets.
• Identify resource requirements and deploy as necessary to safely execute all operational/ maintenance activities.
• Act as focal point offshore for RDS to ensure the effective delivery of support contract requirements.
• Responsible for supervision of ad-hoc personnel as required.

Skills and Experience:

• HNC or Fifteen equivalent years’ experience Indentured tradesman certification or recognised apprenticeship.
• Significant experience of offshore construction experience.
• Rig site experience in supervisory position.
• Five years Engineering brownfield drilling related modifications of fifth generation cyber rigs of which a minimum of two years at a supervisory role.
• Excellent verbal and written English.
• Excellent reporting skills.
• Excellent communication and leadership skills.

Interested?

If you feel you have the skills, experience and approach necessary to perform this role please apply through email enclosing an updated CV to: recruitment.baku@kcadeutag.com by 11th of June 2018.

Only shortlisted candidates will be contacted.

Important: Please reflect the name of applied position in the subject of email.

Schlumberger Summer Internship 2018 in Baku, Azerbaijan

Schlumberger, the world’s leading oilfield  services company is pleased to announce Summer Internship opportunity  for non-technical students in following disciplines:

 

  • Facility Administration
  • Finance
  • Health & Safety
  • Human Resources
  • Information Technology

 

  • Internship is open for:

–  recent bachelor and masters graduates (maximum of 3 years after graduation),

–  current master students and bachelor students in the last years of their education

 

  • It is paid internship opportunity of 11 weeks with starting date of July 01
  • Interns are expected to work full time, however, part time flexible work option can be offered as well to accommodate interns’ university schedule/ or summer study programs
  • Successful candidates are expected
  • Hold degree or study toward degree in disciplines applicable for  internship area
  • Have Upper intermediate or higher level of English
  • Demonstrate proven record of academic performance and leadership potential
  • Work or volunteering experience is advantage

 

Interested candidates shall send CV to irecruit.cv@gmail.com by end of business day on June 15.

 

Applicants are kindly asked to include following information to CV:

  • Date of Birth
  • Year of graduation ( or expected year of graduation)
  • University GPA.
  • Title of graduation (diploma) work (if applicable)
  • 3-4 sentence of personal statement that would introduce/characterize personality of the applicant.

Please, also mention the function you would like to join as intern

Semi Sub Rig Crew for Caspian Region

We urgently are looking for the Semi Sub Rig Crew for the following ranks to work in Caspian Sea with at least 2 years of exp in rank as must!

1. Assistant Ballast Control Operator – 100 USD per day

2. Assistant Sub Sea Engineer – 120 USD per day

3. Ballast Control Operator – 180 USD per day

4. Barge Captain – 700 USD per day

5. Cementer – 200 USD per day

6. Chief Electrician – 500 USD per day

7. Chief Engineer – 500 USD per day

8. Chief Mechanic – 500 USD per day

9. Driller – 400 USD per day

10. HSE Advisor – 250 USD per day

11. Maintenance Supervisor – 250 USD per day

12. Material Engineer – 250 USD per day

13. OIM – 750 USD per day

14. Rig Manager – 700 USD per day

15. Safety Officer – 150 USD per day

16. Senior Instrument Engineer – 150 USD per day

17. Stability Engineer – 200 USD per day

18. Sub sea Engineer – 250 USD per day

19. Toolpoosher – 650 USD per day

 

Please, send us your resume to cv@bmccompany.com.ua (Subject: Your Rank for Rig)

 

https://www.linkedin.com/feed/update/urn:li:activity:6407533095595102208

SMTS LLC – QA/QC Specialist

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tələb olunan iş Bacarığı:

– İş metodunun, keyfiyyətə nəzarət proseduralarının hazırlanması, sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması, obyektdə yerinə yetirilən hər bir iş üzrə yoxlama vərəqlərinin hazırlanması, yoxlanması və qeydlərin aparılması, gündəlik yerinə yetirilmiş işlər, işçilərin sayı, işin aparıldığı ərazi göstərilməklə gündəlik hesabatların nazırlanması və yayımlanması, üstü örtülən işlərin aktlarının iş içraçısı tərəfindən hazırlanmasına, doldurulmasına və maraqlı tərəflər arasında imzalanmasına, möhürlənməsinə nəzarət və bu aktların saxlanması üçün KN departamentinə verilməsinə cavabdeh olmalıdır.
– Sahədə işlərin layihəyə uyğunluğunu yoxlamalı, yerinə yetirilmiş işlərin İnşaat Norma və Qaydalarının normalarına uyğunluğu barədə hesabat verməlidir.

Tələb olunan təhsil və biliklər:

– Ali təhsil
– Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
– Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
– Azərbaycan və İngilis dilləri əla səviyyədə bilməli;
– Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
– Komandada işləmək bacarığına sahib olmalı;
– Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

– Yaş həddi:  25-45 AZN
– Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
– İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində)   hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.