İstehsalat mexaniki

Əmək funksiyası

· Qazın emalı üzrə qurğuların bütün növlərdən olan aparat, avadanlıq və kommunikasiyalarının qəzasız və etibarlı işini, aparat və avadanlıqların düzgün istismarını, onların vaxtında və keyfiyyətlə təmirini və yeniləşdirilməsini təmin edir.

· Aparat və avadanlıqlara müntəzəm baxış keçirilməsini, plan-xəbərdarlıq təmir qrafiklərinin, pasport və digər sənədlərin tərtib olunmasını təşkil edir.

· Qovşaq və detalların təmiri və bərpası üzrə mütərəqqi metodları, həmçinin aparat və avadanlıqların xidmət müddətinin artırılması və boşdayanmalarının ixtisarı, təmirin dəyərinin azaldılması və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyir və həyata keçirir.

· Avadanlıq və aparatların, ayrı-ayrı detal və qovşaqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq edir.

· Aparat və avadanlıqların işlərinin, onların boşdayanma səbəb və müddətlərinin, təmir və modernləşdirmə üzrə yerinə yetirilmiş işlərin uçotunu təşkil edir.

· Avadanlıqlarda baş vermiş qəzaların səbəblərinin təhqiqində, qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak edir.

· Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir.

· Təmirə ayrılmış vəsaitlərin xərclənməsinə, təmir üçün zəruri olan material, ehtiyat hissələri və alətlərin alınmasına dair sifarişlərin tərtib olunmasına, onların istifadəsi üzrə uçot və hesabatların aparılmasına nəzarəti həyata keçirir.

· Avadanlıqların təmiri və modernləşdirilməsi üzrə səmərələşdirici təklifləri və ixtiraları müzakirə edir, onlar üzrə rəylər verir, qəbul olunmuş təkliflərin tətbiqinə təminat yaradır.

· Aparatların, avadanlıqların təmirini həyata keçirən və onları saz vəziyyətdə saxlayan istehsalat (sahə) işçilərinə rəhbərlik edir.

 

Tələblər

Təhsil:

· ali texniki təhsil

İş təcrübəsi:

· təmir üzrə usta vəzifəsində və ya digər mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı

Bilməlidir:

· istehsal avadanlıqlarının iş rejimlərini, təyinatlarım, konstruktiv xüsusiyyətlərini və texniki xarakteristikalarını;

· onların texniki-istismar qaydalarmı;

· təmir işlərinin texnologiyası və təşkilini;

· qüsur cədvəllərinin və digər texniki sənədlərin tərtib olunma qaydalarım;

· avadanlıqların təmirə verilmə və təmirdən alınma qaydalarmı;

· əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını

 

Əmək haqqı və digər imtiyazlar:

· 800-1000 AZN xalis

· Tibbi və icbari sığortalar

· Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma

· Şirkət hesabına nahar

 

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini vusal.ismayilov@azmeco.com ünvanına göndərmələri xahiş olunur.

 

Buxar-qaz turbin avadanliğinin təmiri üzrə çilingər(lər)

6-cı dərəcə

İşin xüsusiyyəti

· Çox mürəkkəb mexanikləşdirmə vasitələrindən, pnevmo-elektrik intiqallı alətlərdən, mürəkkəb ölçü vasitələrindən takelaj və nəqliyyat vasitələrindən istifadə etməklə buxar və qaz turboaqreqatların, yüksək və ifrat yüksək təzyiq armaturlarının, xüsusi sutəmizləmə avadanlıqlarının çox mürəkkəb qovşaqlarının və mexanizmlərinin təmiri, yenidən qurulması, bərpa olunması, yığılması, tənzimlənməsi və sazlanması.

· Hazırlanmış hissələrin ölçülərin çertyoja uyğun olmasının və keyfiyyətinin yoxlanması.

· Turboaqreqatın tənzimləmə, mühafizə və buxar paylama sisteminin təmiri və sazlanması, böyük ölçülü, yüksək və ifrat yüksək təzyiqli su və buxar sürgülərində kipləşdirici səthlərin bərpa olunması.

5-ci dərəcə

İşin xüsusiyyəti

· Buxar və qaz turbinlərinin, buxar maşınlarının kompensatorların, nasosların qızdırıcıların, yağ soyuducularının yüksək və ifrat yüksək təzyiqli boru kəmərlərinin, istilik mübadilə aparatlarının mürəkkəb qovşaqlarının, hissələri və mexanizmlərinin sökülməsi, təmiri, yenidən qurulması, yığılması, tənzimlənməsi və sınaqdan çıxarılması və sazlanması.

· Yükqaldıran maşın və mexanizmlərin birləşmələrinin təmiri, bərpası, yığılması təmirdən sonra tənzimlənməsi, sınaqdan çıxarılması, sazlanması və istismara verilməsi.

· Hissələrin 6-7-ci kvalitet (1-2-ci dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırılması və hazır vəziyyətə çatdırılması ilə çilingər emalı.

· Nasazlıqların aşkar edilməsi, avadanlığın armaturlarının ayrı-ayrı hissələrinin və qovşaqlarının yeyilmə dərəcəcəsi və onun səbəbinin təyin edilməsi; hissələrin bundan sonra işləməyə yararlığının və onların bərpa olunma imkanlarının müəyyən edilməsi.

· Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanması və onun istismara təhvil verilməsi.

· Buxar-qaz-turbin avadanlığının çox mürəkkəb və məsuliyyətli qovşaqlarının üfiqi və şaquli səth üzrə yerlərini dəyişmə və sökmə, yığma quraşdırmada takelaj işlərinin yerinə yetirilməsi.

Tələblər

Təhsil:

· orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:

· müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

· Buxar-qaz-turbin avadanlığının çox çətin qovşaqlarının və hissələrin sökülməsi, təmiri, yığılması, yoxlanılması, tənzimlənməsi və düzəldilməsi üzrə texniki şərtləri;

· rotorların statik və dinamik tarazlaşdırılmasının aparılma qaydalarını və üsullarını;

· turboaqreqatların və ayrı-ayrı boru kəmərlərinin hidravlik sınağı qaydalarını;

· turboaqreqatların bəzi elementlərinin və hissələrinin yeyilmə normalarını;

· flans birləşmələrinə, armaturların kipləşdirici səthlərinə, təzyiq altında işləyən boru kəmərlərinə, yükqaldıran mürəkkəb maşın və mexanixzmlərə, yükgötürən qurğulara olan tələbləri;

· dişli çarx ötürmələrinin mərkəzə uyğunlaşdırılmasının yığılmasının xüsusiyyətlərini;

· turboaqreqatın elementlərinin və hissələrinin vaxtından əvvəl yeyilməsinə qarşı xəbərdarlıq tədbirlərini;

· zədələnmə, karroziya yeyilməsi və qəza xəbərdarlıqları üzrə profilaktik tədbirləri;

Əmək haqqı və digər imtiyazlar:

· Dərəcədən asılı olaraq 420-740 AZN xalis

· Tibbi və icbari sığortalar

· Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma

· Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini vusal.ismayilov@azmeco.com ünvanına göndərmələri xahiş olunur.

 

Cihazçi

7-ci dərəcə

İşin xüsusiyyəti:

· Qarışıq tərkibli kombinasiya edilmiş texnoloji qurğuların ötürücü və tənzimləyici elektron sistemləri, texnoloji proseslərin siqnalizasiya və bloklama məntiqi elektron sistemləri, mikroprosessor əsaslı texnikası, texnoloji prosess sensorlar, nəzarət alətləri, elektromagnit və optik ölçü vasitələrin montaji, sazlanması, kalibrə edilməsi, test olunması, deffeklərin təyyin edilməsi, nasazlıqların operativ təmirini təmin edilməsi,

sabit işçi parametrlərinin davamlığına nəzarət edilməsi.

· Agresiv və partlayicı mürəkkəb tərkibli gaz və maye xətlərində, reaktorlarda və texnoloji prosess gurgularin mikroprosessor əsaslı və proqramla idarə olunan yüksək dəqiqli temperatur, təziq, sərf, səviyyə və sair ölçücülərinə texniki xidmət göstərilməsi,

montaj edib işçire jiminə çıxarılması, sazlanmasi, test proqram vasitəsi ilə diaqnostika aparılması və iş regiminin korreksiya aparılması.

· Turbo-kompressorların iş rejiminə nəzarət edən siqnalizasiya-bloklama, o cümlədən ox boyu sürüşmə və vibrasiya elektron sistemlərinə aid olan ölçü cihazları və icra mexanizmlərin montaj edilməsi, sazlanması, kalibrə edilməsi, deffektləri təyin edib təmir edilməsi, dövriyə alınması, proqram-məntiqi nəzarət qurgularına qoşulması, və işçi rejimlərin proqramla tənzimlənməsi.

· Xüsusi test proqramları vasitəsilə idarəetmə sistemləri avadanlıqlarının test edilməsi.

· Birləşmə diaqramları üzrə sahə ölçü cihazları vəicra mexanizmlərində, eləcə dəidarəetmə sisteminə aid olan idarəetmə şkaflarında birləşmələrin edilməsi, birləşmərin test edilməsi, dövrənin ümumilikdə test edilməsi və istismara qəbul edilməsi.

· Pnevmatik icra mexanimlərinin hava impuls xətlərinin, hidravlik icra mexanimlərinin yağ impuls xətlərinin və sahə ölçü cihazlarının impuls xətlərinin quraşdırılması, sazlanması, deffektlərin aşkar edilməsi və aradan qaldırılması.

· Sahə ölçü cihazları və icra mexanizmlərinin iş prinsipləri haqqında,onların təmir edilməsi qaydaları haqqında biliklərə malik olmaq.

· Kontrollerlərin və giriş-çıxış modullarının əsasında idarəetmə-nəzarət sisteminin qurulma prinsipi, funksional strukturu və proqram təminatı.

· Texnoloji Proselərin Avtomatlaşdırılmış İdarəetmə Sisteminə aid olan milli və beynəlxalq standartların əsas tələbləri.

· Avtomatik tənzimləmə haqqında nəzəri biliklərə malik olmaq.

6-cı dərəcə

İşin xüsusiyyəti:

· Avtomatlaşdırılmış idarəetmə avadanlıqlarının sistemə qoşulması, şəbəkənin qurulması, test olunması, sazlanmsı, fasiləsiz iş rejiminə nəzarət edilməsi, yaranan nasazlıqların

· Avtomatik keyfiyyət və tərkib tənzimləyicilərinin qoşulması və sazlanması.

· Tərkib analizatoru ilə kaskad tənzimləmə sxeminin sazlanması.

· Cihazların və avtomatika vasitələrinin vaxtaşırı yoxlanılma cədvəlinin yerinə yetirilməsinə nəzarət edilməsi.

· Kaskad tənzimləmə sisteminin, avtomatik keyfiyyət analizatorlarının, aqreqat-unifikasiya sisteminin cihazlarının sazlanması və təmirinin aşağı ixtisaslı cihazçılar tərəfindən vaxtaşırı yoxlama cədvəli üzrə aparılmasına nəzərə edilməsi.

· Cihazların istismarı üzrə texniki sənədlərin aparılması.

· Texnoloji işə buraxılmasında iştirak edilməsi.

· Sahə ölçü cihazları və icra mexanizmlərinin iş prinsipləri haqqında,onların təmir edilməsi qaydaları haqqında biliklərə malik olmaq.

· Kontrollerlərin və giriş-çıxış modullarının əsasında idarəetmə-nəzarət sisteminin qurulma prinsipi, funksional strukturu və proqram təminatı.

· Avtomatik tənzimləmə haqqında nəzəri biliklərə malik olmaq.

5-ci dərəcə

İşin xüsusiyyəti:

· Xidmət edilən qurğularda quraşdırılmış avtomatika vasitələrinin sazlanması və onlara xidmət edilməsi.

· Yeni nəzarət və avtomatik tənzimləmə vasitələrinin mənimsənilməsi və tətbiqi.

· Cihazların periodik (dövri) yoxlanmasına nəzarət edilməsi. Cihazların cari və əsaslı təmiri üçün qüsur cədvəlinin tərtib edilməsi.

· Cihazların təmirdən qəbul edilməsi və işə hazırlığının yoxlanılması. Daha aşağı ixtisaslı cihazların işinə rəhbərlik edilməsi.

Tələblər

Təhsil:

· orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:

· müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

· Qurğuların texnoloji sxemlərinin, neft-qaz məhsullarının keyfiyyətinə aid dövlət standartlarının tələbləri;

· ölçmə, siqnalizasiya və bloklama məntiqi idarəetmə sxemlərinin, bütün istifadə olunan elektron sxemlərinin prinsipial sxemləri;

· kompüter texnikası avadanlıqları, kompüterdə işləmə qaydaları, texnoloji qurğuların parametrlərinin EHM-ə verilməsi sistemləri.

· Nəzarət və avtomatika cihazlarının konstruksiyası, təmir üsulları, yoxlanması və sazlanması

Əmək haqqı və digər imtiyazlar:

· 660-740 AZN xalis

· Tibbi və icbari sığortalar

· Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma

· Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini vusal.ismayilov@azmeco.com ünvanına göndərmələri xahiş olunur.

 

Elektrik maşinlarinin təmiri üzrə elektrik çilingəri

6-cı dərəcə

İşin xüsusiyyəti:

· Xüsusi təmir-quraşdırma ləvazimatlarından, mexanizmlərindən, takelaj avadanlıqlarından, ölçü vasitələrindən və sınaq qurğularından istifadə etməklə müxtəlif icrada hazırlanmış, istənilən üsulla soyudulan, istənilən güclü və gərginlikli sabit və dəyişən cərəyan elektrik maşınlarının təmiri və yenidən qurulması üzrə xüsusilə mürəkkəb və məsuliyyətli işlərin yerinə yetirilməsi.

· İstənilən gücə malik generatorlarda xüsusi texnologiya üzrə generatorların soyutma sisteminin yenidən qurulması.

· Hər cür prossformaların hazırlanması.

· Generatorların birləşmə avadanlıqlarının təmiri və sınanması.

· Elektrik maşınlarının dolaqlarının, hissələrinin və qovşaqlarının eskiz və sxemlərinin tərtibolunması.

· Elektrik maşınlarının təmirdən sonra sınaqdan keçirilməsi və sazlanması işləriningörülməsi, onların istismara buraxılmağa hazırlanması.

· Avadanlığın təmiri və sazlanması, təmir ləvazimatalrının, yükqaldıran maşın və mexanizmlərin sazlanması üzrə işlərin təşkil olunması. Xüsusilə mürəkkəb takelaj işərininyerinə yetirilməsi.

Tələblər

Təhsil:

· orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:

· müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

· Materiallar müqaviməti haqqında qısa məlumatları;

· elektrik maşınlarının təhvil-təslim və profilaktik sınaqlarının həcmini və onların aparılma üsullarını ;

· elektrik maşınlarının müxtəlif tipli dolaqlarının daxili birləşmə sxemlərini;

· dolağın elektrik keçirici materiallarının minasına (emalına) olan texniki tələblər və qüsurlu izolyasiyanın bərpasını;

· elektrik stansiyasının sexlərinin işlədiyi şəraitdə elektrik maşınlarının təmiri zamanı istifadə olunan bütün avadanlıqların, ləvazimatların, alətlərin, apartaların və ölçmə vasitələrinin əsas texniki xarakterisitkalarının, briqada əməyin təşkilini.

Əmək haqqı və digər imtiyazlar:

· 660-740 AZN xalis

· Tibbi və icbari sığortalar

· Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma

· Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini vusal.ismayilov@azmeco.com ünvanına göndərmələri xahiş olunur.

 

Qazanxana sexi avadanliğinin təmiri üzrə çilingər(lər)

6-ci dərəcə

İşin xüsusiyyəti:

· Çox mürəkkəb qurğulardan, mexanikləşdirmə vasitələrindən, pnevmoelektrik intiqallı dəqiqlik alətlərindən, mürəkkəb ölçü vasitələrindən, takelaj və nəqliyyat vasitələrindən istifadə etməklə kritik və ifrat kritik parametrli qazanlar da daxil olmaqla, təzyiqi 9 MPa-dan (100 kqs/sm 2) çox olan qazan aqreqatlarının çox mürəkkəb birləşmələrinin (qovşaqlarının) və mexanizmlərinin təmiri.

· Yenidən qurulması, bərpası, yığılması, sazlanması, sınaqdan çıxarılması.

· Çertyoj üzrə hazırlanmış hissələrin ölçülərə uyğunluğunu və keyfiyyətinin yoxlanılması.

· Müxtəlif sistemli və parametrlə armaturların təmiri və sazlanması.

· Buxarın sıxlığına görə qazanın yoxlanması, qoruyucu klapanların təmizlənməsi, qazanın işçi rejimdə (yük altında) sınaqdan çıxarılması, böyük ölçülü yüksək təzyiq (buxar və su) sürgülərinin kip birləşən səthlərinin bərpa edilməsi.

· Ölçülərin aparılması və formulyarların doldurulması.

· Qazan aqreaqatının təmir olunmuş qovşağının və mexanizminin sınaqdan çıxarılmaya, təzyiq altında yoxlanılmaya və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlanması və yoxlanması.

· Avadanlıqların, təmir ləvazimatlarının, yük qaldıran maşın və mexanizmlərin təmiri üzrə işlərin təşkil olunması.

5-ci dərəcə

İşin xüsusiyyəti:

· Əsas və yardımçı avadanlığın mürəkkəb birləşmələri, hissələri və mexanizmlərinin, qazanların barabanları, kollektorları, buxar, su, qaz, mazut boru kəmərlərinin və müxtəlif parametrli armaturların sökülməsi, təmiri, yenidən qurulması, yığılması, sınanması, tənzimlənməsi və sazlanması.

· Yükqaldırıcı maşın və mexanizmlərin mürəkkəb birləşmələrinin təmiri, bərpası, tənzimlənməsi, sınanması, sazlanması və istismara verilməsi.

· Uyğunlaşdırma və tam hazırlama ilə hissələrin 6-7-ci kvalitet (1-2-ci dəqiqlik dərəcəsi) üzrə çilingər emalı.

· Qazan aqreqatının hidravlik sınağı.

· Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, armaturların zədələnməsinin aşkar edilməsi, yeyilmənin səbəbi və dərəcəsini təyin etmək.

· Hissələrin işdə yararlığının, bundan sonra və onların borla oluna bilmə imkanlarının təyin edilməsi.

· Çox mürəkkəb hissələrin nişanlanması.

· Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılması.

· Avadanlığın çox mürəkkəb və məsuliyyətli birləşmələri, hissələri və elementlərinin yerlərinin dəyişdirilməsi, yığılması, sökülməsi və qurulması üzrə takelaj işlərinin yerinə yetirilməsi.

Tələblər

Təhsil:

· orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:

· müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

· Təmir olunan əsas və yardımçı avadanlığın texniki xarakteristikalarını, kinematik və hidravlik sxemlərini; təmir olunmuş avadanlığın avadanlığının təmiri, yığılması, sökülməsi və quraşdırılması, dəqiqliyə yoxlanılması və sınanması metodlarını; avadanlığın birləşmələrinə (qovşaqlarına), hissələrinə və mexanizmlərinə düşən bilən yükü, zədələnməyə, korroziya yeyilməsinə və qəzaya qarşı xəbərdarlıq tədbirlərini;

· Qazan aqreqatlarının normal işləməsinin əsas texniki göstəricilərini, onun əsas zədələnmələrinin növlərini;

· Baş buxar kəmərinin, qidalandırıcı boru kəmərinin, drenaj, mazut, qaz kəmərlərinin sxemlərini; qazanların sınaqdan çıxarılma müddətlərini;

· Buxar qızdırıcılarının təzyiq altında işləyən boru kəmərlərinin və qabların sınanma müddətlərini; materialın keyfiyyətinin, mühitin parametrlərindən asılı olaraq armaturların yararlı olmasının təyin edilmə metodlarını;

· Takelaj qurğularının və yükqaldıran maşın və mexanizmlərin sınaqdan çıxarılma və qorunma (saxlanılma) qaydalarını; qazanların təmiri üzrə işlərin təşkili və aparılma qaydalarını.

Əmək haqqı və digər imtiyazlar:

· Dərəcədən asılı olaraq 510-740 AZN xalis

· Tibbi və icbari sığortalar

· Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma

· Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini vusal.ismayilov@azmeco.com ünvanına göndərmələri xahiş olunur.

 

Rele, mühafizəsi və avtomatika aparatlarinin təmiri üzrə elektrik montyoru

6-ci dərəcə

İşin xüsusiyyəti:

· Rele mühafizəsi və avtomatikanın çox mürəkkəb aparatlarının qüsurlarını aşkar etməklə aradan qaldırılması, hissələrin yeyilmə səbəbləri və dərəcəsinin müəyyən edilməsi.

· Elektron aparatlarının təmiri.

· Relelərin mexaniki və elektrik hissələrinin, yüksək tezlikli mühafizə bloklarının, cihaz və aparatların nasazlıqlarının müəyyən edilməsi və onların təmiri üzrə ən mürəkkəb işlərin yerinə yetirilməsi.

· Mürəkkəb hissələrinin bərpası.

· Çox mürəkkəb mühafizə panellərinin quraşdırılması.

· İstənilən mürəkkəblik dərəcəsindən olan rele mühafizəsi və avtomatika qurğularının bütün növlərinin təmiri.

· Elektron-ölçü aparatları, osilloqraflar, yüksək tezlik ölçənləri və generatorları ilə işləmək.

· Çox mürəkkəb yoxlama aparatlarının təmiri və sazlanması.

· Rele mühafizəsi və avtomatikada tipik olmayan xüsusi sınaq aparmaq üçün mürəkkəb sxemlərin yığılması.

· Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün kompleks qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsi. Mühəndisin yaxud ustanın rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması.

Tələblər

Təhsil:

· orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:

· müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

· Rele mühafizəsi, avtomatika və ikinci kommutasiya dövrəsi aparatlarının təmiri, sazlanması, yoxlanması və istismarı üzrə rəhbər göstərişləri;

· bloklama qurğularının vəzifəsini və sxemasını;

· yüksək tezlikli bloklama ilə olan mühafizələrin iş prinsipini;

· enerji sistemində olan keçid rejimləri, yırğalanmalar və sistemin dayanıqlığı haqqında anlayışları;

· rele mühafizəsi və avtomatikanın operativ dövrəsinin və elektrik sxeminin yoxlanılması, təmiri və onlara texniki xidmət ilə əlaqədar olan mürəkkəb hesablamaların metodlarını; vektor diaqramlarının və rele mühafizəsinin xarakteristikasının çıxarılmasını və qurulmasını; inteqral mikrosxemlərdə olan mühafizə və avtomatika panellərinin struktur sxemini.

Əmək haqqı və digər imtiyazlar:

· 660-740 AZN xalis

· Tibbi və icbari sığortalar

· Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma

· Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini vusal.ismayilov@azmeco.com ünvanına göndərmələri xahiş olunur.

 

Texnoloji qurğularin təmiri üzrə çilingər(lər)

6-cı dərəcə

İşin xüsusiyyəti

· Mexanizmlərdən istifadə etməklə xüsusi nadir qurğuların, aparatların, maşın və aqreqatların təmiri, quraşdırılması, sökülməsi, yığılması, sınaqdan keçirilməsi və tənzimlənməsi, istismar və təmir zamanı aşkar edilən qüsurların aradan qaldırılması.

· Təmir edilmiş avadanlığın dəqiqliyinin yoxlanması və yük altında sınaqdan keçirilməsi.

5-ci dərəcə

İşin xüsusiyyəti

· Mexanizmlərdən istifadə etməklə xüsusi mürəkkəb maşın qurğularının, aparatların, boru kəmərlərinin, armaturanın sökülməsi, təmiri, yığılması və təmirdən sonra təhvil verilməsi.

· Detalların və qovşaqların 6-7 kvalitet (keyfiyyət) (1-2-ci dəqiqlik dərəcələri) üzrə çilingər işlənməsi.

· Kip, gərginliklə oturdulan avadanlıq və qovşaqların sökülməsi, təmiri və yığılması. Avadanlığın texniki şəhadətləndirilməsi.

4-cü dərəcə

İşin xüsusiyyəti

· Qaldırıcı mexanizmlər tətbiq edilməklə maşınların, aparatların, boru kəmərlərinin və armaturanın mürəkkəb qurğularının sökülməsi, təmiri və yığılması.

· Detalların 7-10-cu kvalitetlər (2-3-cü dəqiqlik dərəcələri) üzrə işlənməsi.

· Tutum avadanlığının işçi və nəzarət qoruyucu klapanlarının çıxarılması və yerinə qoyulması, Təmirdən sonra avadanlığının yığılması və quraşdırılması üçün mürəkkəb qurğuların hazırlanması. Təmir ediləcək avadanlıq üzrə qüsur siyahısının tərtib edilməsi.

Tələblər

Təhsil:

· orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:

· müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

· mürəkkəb avadanlığın təyinatı, quruluşu və konstruktiv xüsusiyyətləri;

· xüsusi mürəkkəb avadanlığın təmiri, sınanması və istismara verilməsi üzrə texniki şərtlər;

· avadanlığın təmiri, yığılması, quraşdırılması zamanı texnoloji ardıcıllıq və əməyin təşkili;

· metalların texnologiyası xüsusi mürəkkəb və əsas qovşaqların bərpa edilməsi üsulları;

· təmirdə istifadə edilən materialların bütün növləri;

· maşınların statik və dinamik tarazlanması;

· yeyilmiş detalların bərpa edilməsi üsulları;

· yüksək təzyiq altında işləyən avadanlıq və aparatların təmir edilməsi üsulları;

· avadanlığın işlək detallarına, qovşaqlarına və mexanizmlərinə buraxıla bilən ağırlıq;

· avadanlığın təmiri və texniki xidmət sistemi.

Əmək haqqı və digər imtiyazlar:

· Dərəcədən asılı olaraq 420-740 AZN xalis

· Tibbi və icbari sığortalar

· Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma

· Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini vusal.ismayilov@azmeco.com ünvanına göndərmələri xahiş olunur.

 

 

Rəhbər vəzifələr:

1. Metanolun istehsali üzrə texnoloji qurğunun rəisi
2. Növbə rəisləri – 5 nəfər

İxtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə neft-kimya sənayəsində ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 5 il iş stajı.
Dil bilikləri: Azrəbaycan dili mütləqdir, İngilis dili bilənlərə üstünlük verilir
Əmək haqqı: Namizədin təcrübəsindən və peşə üzrə olan dərəcəsindən asılı olaraq əmək haqqı 1000-1300 AZN çərçivəsində dəyişilə bilər

 

Mühəndis vəzifələri:

1. Mühəndis texnoloq
2. Texnoloji qurğularin mühəndisləri – 5 nəfər
3. Texnoloji qurğularin operatorlari – 5 nəfər

İxtisas tələbləri:texniki təhsil və ixtisası üzrə neft-kimya sənayəsində ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 5 il iş stajı.
Dil bilikləri: Azrəbaycan dili mütləqdir, İngilis dili bilənə üstünlük verilir
Əmək haqqı: Namizədin təcrübəsindən və peşə üzrə olan dərəcəsindən asılı olaraq əmək haqqı 700-1000 AZN çərçivəsində dəyişilə bilər

 

Operator vəzifələri/peşələri:

1. Qaz təmizləyici aparatçi – 5 nəfər
2. Sintez aparatçisi – 5 nəfər
3. Texnoloji kompressorlarin maşinisti – 5 nəfər
4. Suyun duzsuzlaşdirilmasi aparatçisi – 5 nəfər
5. Xammalin hazirlanmasi, yarimfabrikat və hazir məhsulun buraxilmasi aparatçisi – 5 nəfər
6. Texnoloji qurğuya xidmət üzrə elektrik montyoru – 5 nəfər
7. Hidrogenləşdirmə aparatçisi – 5 nəfər

İxtisas tələbləri: orta ixtisas təhsili və neft-kimya sənayəsinin istehsalatında ən azı 3 il iş stajı.
Dil bilikləri: Azrəbaycan dili mütləqdir, İngilis dili bilənə üstünlük verilir
Əmək haqqı: Namizədin təcrübəsindən və peşə üzrə olan dərəcəsindən asılı olaraq əmək haqqı 500-800 AZN çərçivəsində dəyişilə bilər

 

Köməkçi vəzifələri/peşələri:

1. Yuxarıdə göstərilən bütün operator vəzifələri/peşələri üzrə köməkçilər

İxtisas tələbləri: neft-kimya sənayəsində texnoloji proseslər üzrə ali texniki təhsil
Dil bilikləri: Azrəbaycan dili mütləqdir, İngilis dili bilənə üstünlük verilir
Əmək haqqı: 300-500 AZN çərçivəsində dəyişilə bilər

 

Maraqlı olan şəxslərin CV-rini vusal.ismayilov@azmeco.com ünvanına göndərmələri xahiş olunur.

 

 

http://www.azmeco.com/?mid=51

Advertisements