Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Java/J2EE üzrə proqramçı

Əsas vəzifə və öhdəliklər:

• Razılaşdırılmış fəaliyyət planına əsasən proqram məhsullarının yaradılması, tədbiq olunması və təkmilləşdirilməsi (layihələrin planlaşdırılması, fəaliyyətlərin və sənədlərin idarəolunması, layihələrin test planlarının hazırlanmasına dəstək, görüşlərin təyin olunması, layihələrin kommunikasiyası və idarəolunması daxil olmaqla).
• Həll arxitekturalarının yaradılmasında iştirak etmək.
• Daxil olan məlumatları analiz etmək, uyğunlaşdırmaq və optimallaşdırmaq
• Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi prossesində iştirak etmək.
• Test və pilot nəticələrə əsasən yanlışlıqların düzəldilməsi  və kodların təkmilləşdirilməsi
• Hesabatların hazırlanması
• Biznesə dəstək sistemlərinin əməlliyyatlarında iştirak etmək
• Proqram təminatçıları və keyfiyyətin təminatı komandaları ilə əməkdaşlıq etməklə layihələrin tədbiq oluna bilmə imkanlarını analiz etmək və nəzərdə tutulanların həyata keçirildiyindən əmin olmaq
• Yeni servis və texnologiyaların araşdırılması və hazırlanması

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Problemləri müəyyən etmək və həll edəbilmə bacarığı
• Məxfi məlumatlarla işləyəbilmə
• Analitik düşünəbilmə
• Nəticə yönümlülük
• Konseptual düşünəbilmə
• Azərbaycan dilini səlis, İngilis cə Rus dillərini yaxşı bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Riyaziyyat/İT ilə əlaqədar sahələrdə bakalavr/magistr təhsili
• GSM, Internet və TV xidmətləri sahəsində bilikli olmaq
• Güclü Java/J2EE biliyi və bu sahədə minimum 3 il iş təcrübəsi
• SQL Fundamentals, PL/SQL, Linux, Oracle, MySQL, MsSQL  sahəsində biliklər üztünlük olaraq nəzərə alınacaqdır

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 31/05/2017

Advertisements