Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Sistem Mühəndisi

Əsas vəzifə və öhdəliklər:

• Radiusun konfiqurasiyası və  istismarı
• Serverlərin əməliyyat sisteminin administratorluğu, şərti Access Sisteminin administratorluğu,  sənədləşmənin idarə olunmas, layihə planlarının hazırlanmasına dəstək olmaq, məlumatların mübadiləsi, layihələrin idarə olunması və icrası.
• Həllərin arxitekturasının hazırlanmasında iştirak etmək
• İnput data-nın uyğunlaşdırılması və optimizasiyası
• Müştəri ehtiyaclarının dəqiqləşdirilməsi prossesində iştirak etmək
• Bag-ların həll olunması və məhsulların təkmilləşdirilməsi.
• Biznesə Dəstək Sistemlərinin əməliyyatlarında iştirak etmək
• Layihə ürzə gözləntilərin qarşılanmasından əmin olmaq məqsədi ilə Billinq və Keyfiyyətə Nəzarət  qrupları ilə əməkdaşlıq etmək
• Məsul olduğu sahələr üzrə hesabatların hazırlanması. İT şöbəsinin müvafiq qrup/bölümlərinin istifadəyə verilən layihələri və həyata keçirilən dəyişikliklər barədə vaxtlı-vaxtında rəhbərliyin məlumatlanıdırlması və aylıq hesabatlarının təqdim olunması
• Multiplay-a aid olan bütün məhsulların/şəbəkələrin/strukturların hazırlanması və onlari aktual vəziyyətdə tutulması.
• Multiplay mühəndisliyi və əməliyyatıları bölməsinə  problemlərin analizi, texniki bacarıqların təkmilləşdirilməsi, texniki məsələlərin koordinasiyası sahəsində dəstək olmaq və yeni layihələrin integrasiyasını həyata keçirmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Problemləri müəyyən etmək və həll edəbilmə bacarığı
• Məxfi məlumatlarla işləyəbilmə
• Analitik düşünəbilmə
• Nəticə yönümlülük
• Konseptual düşünəbilmə
• Azərbaycan dilini səlis, İngilis cə Rus dillərini yaxşı bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Riyaziyyat/İT ilə əlaqədar sahələrdə bakalavr/magistr təhsili
• GSM, Internet və TV xidmətləri sahəsində bilikli olmaq
• OS və AAA administratorluğu sahəsində 3 ildən artıq iş təcrübəsi
• SQL Fundamentals, Linux, Unix, MsSQL, MySQL, PL/SQL, Java bilik və təcrübəsi
• Şəbəkə administratorluğu sahəsində bilik və təcrübə
• PLSQL və Java biliyi üstünlükdür
• Radius və servers administratorluğu sahəsində təcrübə

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 28/05/2017

Müraciətlər hr@azerfon.az elektron ünvanına göndərilməlidir.
Başlıqda  Sistem Mühəndisi qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Advertisements