Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimizdə hər bir şərait yaradılmışdır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Daimi olaraq tələbələrin uğurlu karyera qurmalarında dəstək olan Nar Yay Təcrübə Proqramını elan edir.

Yay Təcrübə Proqramı 2017

Yay təcrübə proqramı çərçivəsində Siz Satış sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislərlə işləmək və bu sahədə yüksək təcrübə qazanmaq imkanı əldə edəcəksiniz

Müraciət etmək üçün aşağıda qeyd olunan tələblərə nəzər yetirməyiniz xahiş olunur:

Tələblər:

• Fakültə/ixtisas  – Satış ilə əlaqəli sahələr;
• Dərəcə/diplom – 3 və 4-cü kurs tələbələri (Bakalavr), 1 və 2-ci kurs tələbələri (Magistr)
• Vətəndaşlıq – Azərbaycan

Şərtlər:

• İş qrafiki: Tam
• Təcrübə müddəti: müvəqqəti (2 ay)
• Təcrübə proqramı ödənişsizdir

Son müraciət tarixi:  20.05.2017

Əgər Siz də Yay Təcrübə Proqramında iştirak etmək və dəyərli təcrübə qazanmaq arzusundasınızsa, hr@azerfon.az ünvanına müraciət etməyinizi xahiş edirik:

Başlıqda Yay Təcrübə Proqramı 2017 qeyd olunmayan müraciətlər nəzərə alınmayacaq
Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Advertisements