Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Nəzərinizə çatdırırıq ki, Proqramın şərtlərinə bəzi dəyişikliklər edilmişdir. Proqramın yeni şərtləri ilə buradan tanış ola bilərsiniz.
Son qeydiyyat tarixi: 22 may 2017-cı ilQeyd: Çatışmayan sənədlərin qəbulu üçün əlavə vaxt verilməyəcəkdir. Bununla əlaqədar olaraq müraciət müddəti boyunca namizədlər bölməsindən statusunu izləməyi unutmayın.
S/n İxtisaslar
1 Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları
2 Neft və qazın geologiyası
3 Neft və qaz quyularının qazılması
4 Neft-qaz yataqlarının işlənməsi və istismarı
5 Neft və qaz emalı texnologiyası
6 Üzvi kimya və neft kimyası texnologiyası
7 Qaz kimyası texnologiyası
8 Neft-qaz və alternativ enerji texnologiyası
9 Elektroenergetika sistemləri və şəbəkələri, elektrotexnoloji və elektrotexniki qurğular və sistemlər, elektromexanika
10 İstehsal proseslərinin avtomatlaşdırılması
11 Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri
12 Avtomatlaşdırılmış layihələndirmə sistemləri, informasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
13 Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı
14 Rabitə qovşaqları və kommutasiya sistemləri
15 Kompüter elmi və mühəndisliyi
16 Məlumatların mühafizəsinin texnologiyası və təşkili, kompüter təhlükəsizliyi
17 İnşaat mühəndisliyi və menecment
18 Dəniz hidrotexniki qurğular, onların tikintisi (neft və qaz sənayesi üzrə)
19 Neft və qaz kəmər və anbarlarının layihələndirilməsi, tikintisi və istismarı
20 Ətraf mühitin mühəndis mühafizəsi (neft və qaz sənayesi üzrə)
21 Ekologiya, ekologiya mühəndisliyi, ətraf mühit kimyası, ətraf mühit və neft sənayesi, ətraf mühitin mühafizəsi və təbii ehtiyyatlardan səmərəli istifadə
22 Sənaye mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə və maliyyə kredit, menecment, biznesin və sənayenin təşkili və idarə edilməsi və s.
23 Metrologiya, standartlaşma və sertifikasiya mühədisliyi
  • Təcrübəyə müvafiq ixtisaslar üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələr müraciət edə bilərlər (ixtisasların siyahısı SOCAR rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər)
  • Ödənişli Yay Təcrübəsi proqramında iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir:
    • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
    • Tələb olunan ixtisaslar üzrə əyani (magistratura pilləsi üçün əyani və qiyabi) şöbədə təhsil almalıdır;
    • Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 3 və 4-cü, magistratura pilləsi üzrə isə 1 və 2-ci kurs tələbəsi olmalıdır;
    • Ölkə ərazisində təhsil alan tələbələrin qiymətləri “yaxşı” və ya “əla” olmalıdır;
    • Xarici ölkələrin universitetlərində təhsil alan tələbələrin CumGPA qiyməti 2.5-dən, digər qiymətləndirmə sistemlərində isə ümumi qiyməti 70 faizdən yüksək olmalıdır;
    • Təcrübə keçiriləcək dövrdə Əmək fəaliyyəti olmamalıdır;
  • Ödənişli Yay Təcrübəsi proqramında iştirak etmək üçün tələbə fərdi qaydada elektron qeydiyyatdankeçməlidir.
  • Sənəd qəbulu ilə bağlı elan SOCAR-ın veb-səhifəsində və elanlar bölməsində yerləşdirilir.
  • Müraciət edən tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir.
  • Şərtlərə cavab verən namizədlər təyin olunduqdan sonra yekun siyahı saytda yerləşdirilir.
  • Müvəqqəti işlə təmin olunmaq üçün tələbə müvafiq müəssisələrin Kadrlar şöbələrinə müraciət edir. Müraciət zamanı şəxsiyyət vəsiqəsirəsmi transkript təqdim olunur. Transkriptin yuxarısında tələbənin soyadı, adı və atasının adı, təhsil aldığı ali məktəbin, fakültənin, ixtisasın adı qeyd olunmalı və sənəd dekan tərəfindən imzalanmalı və möhürlənməlidir. Transkriptdəki qiymətlər cari (yaz) semestr istisna olmaqla, bütün əvvəlki semestrləri əhatə etməlidir. Yay tətili müddətində dekanlığın bağlanacağını nəzərə alaraq, məsləhət görürük ki, bu sənədi öncədən alasınız.
  • Tələb olunan digər sənədləri təqdim etdikdən sonra İşə düzəlmənin rəsmiləşdirilməsi həyata keçirilir (müvafiq sənədlərin təqdim olunması, fərdi əmək müqaviləsinin bağlanması və sairə işlərlə əlaqədar rəsmiləşdirilmə 1-2 gün çəkə bilər).
  • Təcrübəyə seçim müsabiqə əsasında 2 mərhələdə həyata keçirilir:
    • I mərhələ – Müsabiqəyə müraciət edənlərin məntiqi təfəkkürünün yoxlanılması məqsədilə test imtahanı;
    • II mərhələ – İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr;
  • Cari ilin Daxili Təqaüd Proqramının qalibləri və Xarici Təqaüd Proqramının təqaüdçüləri Ödənişli Yay Təcrübəsi proqramına müsabiqə mərhələlərində iştirak etmədən birbaşa seçilirlər;
  • Cari ilin Daxili Təqaüd Proqramının müsahibə mərhələsindən kəsilən namizədlər Ödənişli Yay Təcrübəsi proqramının I və II mərhələlərinə buraxılmırlar;

 

  • SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramı Azərbaycanın və digər ölkələrin ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri üçün (bundan sonra – Tələbə) SOCAR tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
  • Proqramın keçirilməsinin məqsədi:
    • Tələbələrin neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması;
    • Tələbələrin yay tətili müddətində istehsalat təcrübəsi keçməsini təmin etmək;
    • Tələbələrin real iş şəraiti ilə yaxından tanış olmaları;
    • Tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi;
    • İş keyfiyyətləri barədə SOCAR-da daha dolğun informasiyanın toplanması.
  • Təcrübə cari ilin avqust ayının 1-dən sentyabr ayının 15-dək müddətdə həyata keçirilir.
  • Təcrübəyə qəbul edilən tələbə (təcrübəçi) ilə müvafiq iş yerində müvəqqəti əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsində aşağıdakı məsələlər öz əksini tapır:
    • İşəgötürən və təcrübəçinin öhdəlikləri və funksiyaları;
    • Əməyin ödənilməsi şərtləri, əmək şəraiti və digər müddəalar.
  • Təcrübəçi müəssisədə bütün digər işçilərin iş rejimi ilə işləyir;
  • Təcrübəçinin əmək haqqı iş yerindən asılı olaraq 400 və ya 500 manat arası dəyişə bilər:
    • Əmək şəraitinə görə mövcud iş yerində tətbiq olunan bütün əlavə ödənişlər (zərərli və ya ağır iş şəraitinə görə, şirin su mənbələrindən uzaqlığa görə, axşam və ya gecə növbələrinə görə və sairə) təcrübəçiyə də şamil edilir;
    • Hər iş gününə görə təcrübəçiyə 3 manat hesabı ilə yemək xərci ödənilir.

Əlavə Məlumat socar.az

Birbaşa link :http://new.socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/yay%20tecrubesi/elanlar/elanlar.html

Advertisements