Melissa Group – Yay Təcrübə Programı

Proqramın mahiyyəti:

“Melissa Group” sosial yönümlü fəaliyyətinə uyğun olaraq gənclərlə 2017-cü ilin iyun, iyul və avqust ayları ərzində “Yay təcrübə proqramı” layihəsini həyata keçirəcəkdir. Təcrübə proqramı namizədlərin seçiminə görə 1, 2 və ya 3 ay davam edə bilər. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbələr və məzunlar Şirkətimizdə satış və marketinq sahəsində təcrübə keçəcəklər.

Proqramın məqsədi:

Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan, təhsil aldığı müddətdə qiymətləri ilə fərqlənən və xüsusi istedadlı tələbələr üçün karyera imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində “Melissa Group”un İnsan Resursları departamenti Diplomatik Akademiya, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Xəzər və Qafqaz Universitetləri, Neft Akademiyası və bir sıra digər universitetlərdə tələbələrlə görüşlər keçirəcəkdir.
Proqram yay tətili zamanı keçirildiyi üçün xaricdə təhsil alan tələbələr də layihəyə cəlb oluna bilərlər.
Namizədə olan tələblər: İşgüzar, çalışqan, satış ruhuna malik, ali təhsilli, rus dili (mükəmməl), ingilis dili (yaxşı) bilən, xoş xarici görünüşlü yaşı 19-dan 25-dək olan tələbələr tələb olunur.

Təcrübə müddəti: İyun, iyul, avqust 2017.

Son müraciət tarixi: 26 may 2017-ci il

Təcrübəçiyə  aylıq yemək və yol pulu xərclərini qaarşılayacaq paket veriləcək.

Müraciət etmək və ərizə formunu doldurmaq üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur: https://melissapark.az/tecrube-proqrami/

Advertisements