Texniki Təlim Mərkəzi
#21 / İyirmi birinci qrup Elektrik Mühəndisliyi təliminin B qrupun qeydiyyatına start verir.

BAHAR FƏSLİNİN ENDİRİMİ ilə 20 MAY tarixinə kimi qeydiyyatını təsdiq edən şəxslər 15% endirim imkanı əldə edəcəklər.

Endirimli qiymət: Tələbə 115 azn, Fiziki şəxslər 140 azn (aylıq ödəmə)

Təlim dünyanın ən nəhəng şirkətlərində tətbiq olunan qabaqcıl simulasiya proqramları və praktiki dərslər ilə müasir texnoloji tədris modeli əsasında keçiriləcək.

✔ Təlimin uğurlu nəticələri :
Təlim mərkəzi Elektrik Mühəndisliyi üzrə ATEF, Azərişıq ASC, Avromed, Veyseloğlu, Alten Group, Azfen, Bakı Metro Layihə İnistutu,Turanbank, Azərsu, Evroscon ASC, STP, Rapid Solutions və bir çox şirkətlərin elektrikçi və elektrik mühəndislərinin ixtisasartırmasını həyata keçirib.

Tədrisin keyfiyyəti ilə əyani tanışlıq üçün əməkdaşlara 1 ödənişsiz test dərs imkanı yaradılıb.

✔ Tədris Metodikası :
Avropa Milli Mühəndislər Asossasiyalarının Azərbaycan nümayəndəliyindən tədris normaları və qaydaları üzrə metodik təsdiq almışdır.

Təlim 2 əsas nəzəri və praktiki təlim metodik təyinatı üzrə təşkil ediləcək.

Sənayedə elektrik sistemləri, elektrik enerjisinin əsasları, Sabit Cərəyan, Dəyişən cərəyan, Beynəlxalq elektrik standartları (IEC, IEEE, NEMA),Elektrik sxemlərin oxunması,Transformatorlar, Elektrik enerjisinin paylanması (yüksək və alçaq gərginlikli elektrik şitləri, onların parametrləri və növləri) Qısa qapanma cərəyanlarının per unit metodu ilə əllə və həmçinin praktiki məşğələdə ETAP simulasiya proqramında hesablamalar, müxtəlif ağıllı relelərin (MİCOM, GE Multilin, Siemens) proqramramlaşdırılma və CompEx kursunun əsasları və qaz təhlükəsi olan ərazilər üçün elektrik avadanlığının seçilməsi və elektrik qızdırıcı kabelləri əllə və TraceCalc proqramı vasitəsilə hesablanmalar təlim proqramına əlavə edilib.

Təlim iştirakçılarının əldə etdikləri nəzəri biliklərin real sənayedə tətbiqini öyrətmək üçün aparıcı şirkətlərin elektrik stansiyalarına SCHNEIDER ELECTRIC şirkəti (real iş sahəsi və satış ofisi) onun tam səlahiyyətli tərəfdaş şirkətlərinə, Bakelektro (alçaq gərginlik elektrik paylanması), GBS və Arazenerji (Rele / ETAP laboratoriya) şirkətlərində praktiki çalışmalarda iştirak edəcəklər.

Həmçinin təlimin praktiki dərslərinə Elektrik layihələrinin hazırlanması modulu da əlavə edilib ki, iştirakçılar elektrik işlədicilərinin siyahısının hazırlanması, yarımstansiyalar və paylayıcı qurğular üzrə bölünməsi, birxətli sxemlərin, kabel seçimi ve kabel siyahılarının hazırlanması və yarımstansiyaların layihələndirməsini öyrənəcəklər.

✔ Təlimə daxildir:
– Təlim sınaq/imtahan paketi
– Dərs vəsaitləri (elektron kitablar, metodik kompleks çap vəsaitləri)
– Yüksək nəticə ilə məzun olmuş iştirakçılara iş imkanı yaradılır.
– SERTİFİKAT (60-dan çox xarici və yerli şirkətlər tərəfindən rəsmi tanınır)

Son müraciət tarixi: 20 MAY 2017-cı il
Müddət: 3 ay ( 50 saat)
Vaxt: 19:00 – 22:00

Online müraciət: http://teclife.az/contact/

Mob:(99477) 7444422
Tel: (012) 5942224
E-mail: info@teclife.az
Web: www.teclife.az

Advertisements