İşəgötürən: Ramco MMC

Vəzifə: Smetaçı Mühəndis

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müzakirə ediləcək.

Tələblər:

– Tikinti sahəsi üzrə Ali təhsil;
– Yol, Mülki və Sənaye obyektlərinin tikintisi üzrə ən azı 3 il iş təcrübəsi;
– Smeta sahəsinə tam hakim olmalıdır və yaranacaq problemlərin həlli üçün öz təkliflərini irəli sürməlidir;
– Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
– İngilis və Rus dillərini bilməlidir;
– Microsoft Ofis proqramları, büdcə hesablaması üçün gərəkən proqramlardan biri, və AutoCAD-dan irəli səviyyədə istifadə bacarığı;
– Müfaviq sahə üzrə hər hansı təlim keçmiş və sertifikata malik olan namizədlərə üstünlük veriləcək;
– Sürücülük vəsiqəsi: B
– Yalnız kişi namizədlər üçün nəzərdə tutulmuşdur.

İşin təsviri:

– Tikinti Quraşdırma İşlərinin Planına əsasən lazım olan material, maşın mexanizm və insan resurslarının hesablanması;
– Təyin edilmiş resurslara əsasən maya dəyərinin hesabatı;
– Yerinə yetirilmiş işlər üzrə material resurslarının texniki hesabatlarının tərtibi;
– Çəkilən xərclərə nəzarət;
– Həftəlik, aylıq və yekun hesabatların tərtibi;
– Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər edəcək.

İş qrafiki:

– Bazar ertəsi – Şənbə:  9:00  – 18:00

İş yeri Xırdalanda yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Smetaçı mühəndis”  yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Advertisements