“Kontinent İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti 2010-cu ildə yaradılmasına baxmayaraq, tikinti bazarında öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən ən ondə gedən şirkətlərdən biridir. “Kontinent İnşaat” MMC-nin tikinti və istehsalat prosesləri “itkisiz fəaliyyət” siyasəti  üzərində qurulmaqdadır. İnşaat və istehsal prosesləri zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçilərin həyatının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühiti mühafizə kodeksinə əməl edilir. Bir sözlə tikinti bizim üçün sadəcə biznes sahəsi yox, yeni həyat və düşüncə tərzidir.

Fəaliyyətimizin qısa dövründə bir sıra genişmiqyaslı layihələri həyata keçiririk ki, onların da hər biri öz memari ideyası və icrasına görə şəhərimizdə iz qoyacaq və gələcək nəsillərə layiqli miras olacaq binalardır.

2010-cu ildən Azərbaycanda faəliyyətə başlayan “Kontinent İnşaat” müasir və səmərəli idarəetmə prinsiplərini uğurla tətbiq edən şirkətidir. Ölkənin inşaat sektorunda fəaliyyət göstərən “Kontinent İnşaat” öz xidmətləri ilə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Gənc , dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının önündə olmaq hədəfini seçən “Kontinent İnşaat” ölkənin memarlıq və inşaat sektoruna öz töhfəsini verməkdədir. Bu şirkət qabaqcıl və ən müasir yenilikləri Azərbaycanda tətbiq etməklə, iş birliyi həyata keçirdiyi tərəfdaş şirkətlərin inkişafına dəstək verməklə yanaşı, fəaliyyət göstərdiyi biznes sektorlarında beynəlxalq normalara uyğun rəqabətin inkişafına təkan verir.

Tikinti üzrə Baş Mühəndis

Tələblər

Azərbaycan, Rus dili biliyi
30-50 yaş
Ali ixtisas təhsilli inşaat mühəndisi
İxtisas üzrə və yaxud dövlət əhəmiyyətli layihələrdə 5 ildən az olmayan iş təcrübəsi mütləqdir
Dinamiklik, qərar qəbul etmə bacarığı,  analitik təhlil etmə bacarığı , gərginliyə davamlılıq, yüksək diqqət, kollektivdə  işləmək  qabiliyyəti

Bilməlidir:

İşinə aid respublikada mövcud olan normativ-hüquqi sənədləri, qərar, sərəncam və əmrlərini, metodiki, normativ və rəhbər materialları.
Müəssisənin inkişaf perspektivini; işlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipini, texniki və konstruktiv xüsusiyyətlərini.
Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları.
Tədqiqatların və işlənib hazırlanmış işlərin iqtisadi səmərəsinin müəyyən edilməsi, texniki hesabatların aparılması metodlarını.
Əməyin və idarəetmənin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normalarını.

Əmək funksiyası:

Şirkətin bütün tikinti quraşdırma işlərinə rəhbərlik edir.
Bütün tikinti obyektlərin işini əlaqələndirir, tikinti obyektləri tərəfindən görülən işlərin keyfiyyətinə ümumi nəzarət edir, işlərin müvafiq qaydada təsdiq edilmiş qrafiklərə riayət edilməklə yerinə yetirilməsinə nəzarət edir.
Tikintinin texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, maliyyə və əmək sərfinin azaldılmasını, bütün ehtiyyatlardan rassional istifadə edilməsini təmin edir.
Obyektlərdə layihə, konstruksiya və texnoloji intizama, əməyin mühafizəsi, texniki təhlükəsizliyi, inşaat tikintisi sanitariyası və yanğından mühafizə qaydalarına riayət edilməsinə nəzarət edir. Texniki-mühəndis sənədlərinin (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) vaxtıda hazırlanmasına nəzarət edir, sənədlərin rəsmiləşdirilməsi, lisenziya və icazələrin alınması işlərini təşkil edir.
Yeni mühəndis-texniki standartalarının hazırlanmasını və həyata keçirilməsini təmin edir.
Tikintidə yüksək keyfiyyətə nail olmaq üçün effektiv layihə qərarlarının verilməsini, işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsini, avadanlıqların təmir və yenilənməsini, texniki istismarına nəzarət edir.
İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırır, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərir.
Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənir və təhlil edir, onları ümumiləşdirir və sistemləşdirir, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparır.
İşlərin qrafiklərini, sifarişləri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edir, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsinə nəzarət edir.
Texniki sənədlərin ekspertizasını, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, onun işində olan çatışmamazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir.
Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edir. İşçilərin elmi-texniki biliklərinin artırılması işini təmin edən yaradıcılıq meyllərinin inkişafına, səmərələşdirmə, ixtiraçılıq, elm və texnikanın nailiyyətlərinin tətbiqinə, qabaqcıl təcrübənin istifadəsinə imkan yaradır.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Həftədə 6 iş günü.

Xahiş olunur ancaq vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət üçün cv-lərini elan olunmuş vakansiya başlığı altında “hr@kontinent.az” elektron ünvanına göndərsinlər.

Advertisements