“Kontinent İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti 2010-cu ildə yaradılmasına baxmayaraq, tikinti bazarında öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən ən ondə gedən şirkətlərdən biridir. “Kontinent İnşaat” MMC-nin tikinti və istehsalat prosesləri “itkisiz fəaliyyət” siyasəti  üzərində qurulmaqdadır. İnşaat və istehsal prosesləri zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçilərin həyatının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühiti mühafizə kodeksinə əməl edilir. Bir sözlə tikinti bizim üçün sadəcə biznes sahəsi yox, yeni həyat və düşüncə tərzidir.

Fəaliyyətimizin qısa dövründə bir sıra genişmiqyaslı layihələri həyata keçiririk ki, onların da hər biri öz memari ideyası və icrasına görə şəhərimizdə iz qoyacaq və gələcək nəsillərə layiqli miras olacaq binalardır.

2010-cu ildən Azərbaycanda faəliyyətə başlayan “Kontinent İnşaat” müasir və səmərəli idarəetmə prinsiplərini uğurla tətbiq edən şirkətidir. Ölkənin inşaat sektorunda fəaliyyət göstərən “Kontinent İnşaat” öz xidmətləri ilə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Gənc , dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının önündə olmaq hədəfini seçən “Kontinent İnşaat” ölkənin memarlıq və inşaat sektoruna öz töhfəsini verməkdədir. Bu şirkət qabaqcıl və ən müasir yenilikləri Azərbaycanda tətbiq etməklə, iş birliyi həyata keçirdiyi tərəfdaş şirkətlərin inkişafına dəstək verməklə yanaşı, fəaliyyət göstərdiyi biznes sektorlarında beynəlxalq normalara uyğun rəqabətin inkişafına təkan verir.

Smeta üzrə Mühəndis

Tələblər

Ali ixtisas təhsilli inşaat mühəndisi
30-45 yaş
İxtisas üzrə və yaxud dövlət əhəmiyyətli layihələrdə 5 ildən az olmayan iş təcrübəsi mütləqdir
Word, Excel, AutoCad
Azərbaycan, rus dillərini mükəmməl bilməli
Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilməlidir

Bilməlidir:

Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
İqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını;
Əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Əmək funksiyası:

Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təklifləri işləyib hazırlayır.
İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırır, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərir.
Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənir və təhlil edir, onları ümumiləşdirir və sistemləşdirir, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparır.
İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edir, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib edir. Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir. Texniki sənədlərin ekspertizasını keçirir, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir.
İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin edir.
Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlayır.
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlayır, layihələndirmə ünün tapşırıqlar tərtib edir və onları lahiyə təşkilatlarına göndərir.
Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasını hazırlayır.
Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul edir və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı və bu sənədləri müzakirə edir, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlayır.
Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qifmətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər edir.
Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlayır.
Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin edir, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət edir və təsdiq olunması üçün hazırlayır.
Təsdiq edildikdlən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərir. Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim edir.
Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında hər ay hesabat tərtib edir.
Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlayır. Onların arxivdə saxlanmasını təmin edir. Müəyən edilmiş forma üzrə hesabatları tərtib edir.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Həftədə 6 iş günü.

Xahiş olunur ancaq vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət üçün cv-lərini elan olunmuş vakansiya başlığı altında “hr@kontinent.az” elektron ünvanına göndərsinlər.

Advertisements