Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Qəbul katibəsi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Şirkətə gələn ziyarətçi və qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
• Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
• Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması;
• Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə  ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
• Şirkətin tərəfindən təqdim edilən mobil nömrələrin qeydiyyatı, sifarişi, işçilərə təhvili;
• Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi;
• Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi;
• Faxların göndərilməsi;
• Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması;
• Şirkətə daxil olan müqavilələrin qeydiyyatı və əlaqəli işçilərə ötürülməsi;
• Giriş-çıxış kartlarının sifarişi, qeydiyyatı və işçilərə təhvili;
• Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi;
• Printer, skaner, fax və digər ofis avadanlıqlarına mütəmadi nəzarət;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

• Ali və ya orta peşə məktəbi.
• Katibəlik kursları
• Müştəriyönümlülük;
• Davamlı inkişaf;
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
• Keyfiyyət yönümlülük;
• Konfliktlərin idarəolunması;
• Stressin idarə olunması.

İş təcrübəsi:

• 0-2 il iş təcrübəsi

Dil və İT bilikləri:

• İngilis dili;
• MS Office komputer proqramları üzrə bacarıqlar.

Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 31/03/2017

Advertisements