İşəgötürən: Ramco MMC

Vəzifə: Smetaçı Mühəndis

Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər:

– Müvafiq sahə üzrə ali təhsil;
– Minimum 3 illik iş təcrübəsi;
– Normativ sənədlər və SNİP-lə işləməyi bacarmalı;
– İngilis dilini bilən namizədlərə üstünlük verilir;
– AutoCAD, MS Ofis proqramlarını (Word, Excel, Outlook) bilməlidir.

İşin təsviri:

– Qiymət təkliflərinin, tikinti quraşdırma işlərinin yerinə yetirilmə metodlarının və təqvim planlarının hazırlanması;
– Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması;
– Ümumtikinti, təmir, elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya işlərinin, podrat müqavilələrinin bağlanması üçün smeta sənədlərinin tərtib olunması;
– Tender təkliflərinin hazırlanması;
– Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
– Müqavilələr üzrə yerinə yetirilmiş işlərin tərtib olunması və ona nəzarət;
– Layihə barəsində aylıq texniki hesabatların hazırlanması.

İş qrafiki:

– Bazar ertəsi – Şənbə:  9:00  – 18:00

İş yeri Xırdalanda yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Smetaçı mühəndis”  yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Advertisements